Avtomobildən 28 ədəd mobil telefon aşkar edilib

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero İO" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı avtomobilin salonunda, döşəmədə düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 8 ədəd "Kgtel A310", 15 ədəd "JSYES 310", 5 ədəd "JSYES 1207T" markalı mobil telefonlar və həmin telefonlara aid 24 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə