Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan "Qaz" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdaki evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə