Sabirabadda ağır yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dünən axşam Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

“VAZ 2107” markalı “49 BD 773” dövlət nömrə nişanlı avtomobillə “VAZ 2106” markalı “90 ED 991” dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alaraq Sabirabad rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə