Gəncədə yol qəzasında qadın və dünyaya gəlməmiş körpə öldü

Gəncə şəhərində ağır yol qəzası baş verib. Bu gün axşam saatlarında Gəncə şəhərinin Heydər Əliyev parkı yaxınlığında “VAZ 21099” markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən maşın maneəyə çırpılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, qəza nəticəsində avtomobildə olan 1953-cü il təvəllüdlü Qasımova Şəfiqə dünyasını dəyişib.

Onun həyat yoldaşı, sürücü 70 yaşlı Qasımov Novruz və nəvəsi ağır yaralanıb. Ailənin hamilə gəlini isə qəza zamanı bətnində olan körpəsini itirib. Yaralılar Gəncə şəhər Xəstəxanasına çatdırılıb. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

Hazırda araşdırma aparılır.

Ilham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə