FHN-in helikopteri yanğınların söndürülməsi əməliyyatında iştirak edir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri sentyabrın 24-də səhər saatlarından etibarən Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

FHN-dən SİA-ya bildiriblər ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də bu ölkəyə helikopter göndərib.

Müəllif: Ceyhun Rasimoğlu
loading...