FHN Gürcüstana helikopter göndərib

Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-nin məlumatında deyilir ki, sentyabrın 23-də nazirliyin aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri Gürcüstana yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə