Yasamal rayonunda yataqxana binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsindəki mənzildə 12 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə