Taylandda partlayış - 4 ölü, 6 yaralı

Taylandın cənubunda Pattani vilayətində partlayış baş verib. SİA-nın məlumatına görə, partlayış nəticəsində 4 hərbçi ölüb, daha 6 nəfər isə yaralanıb.

Regional Hərbi Komandanlığın nümayəndəsinin verdiyi məlumata görə, güclü əldədüzəltmə partlayıcı qurğu yolda yerləşdirilib. Həmin yolda patrul maşını keçərkən qurğu işə düşməsi nəticəsində partlayış baş verib.

Məlumata görə, partlayışın arxasında regionda fəaliyyət göstərən islam separatçılarının durduğu bildirilir.

Qeyd edək ki, Taylandın cənubunda artıq 11 ildir ki, müsəlmanlarla toqquşmalar baş verir ki, bu toqquşma qurbanlarının sayı təxminən 6,5 min hesablanır.

Bütün xəbərlər Facebook səhifəmizdə