Gəncədə 3 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Gəncə şəhəri, Məhsəti qəsəbəsində ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 kv.m sahədə və dam örtüyü 15 kv.m sahədə yanıb.

Yüksək temperaturdan evə bitişik tikilmiş talvarın lambirindən ibarət tavanı 36 kv.m sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə