35 yaşlı Gəncə sakinini döydülər

Gəmncədə döyülmə faktı qeydə alınıb. SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Mustafayev Rəşad Muraz oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Hadisə İsmayılzadə küçəsində qeydə alınıb. Rəşad Mustayev baş və bədən nahiyəsinin ağır dərəcəli əzilməsi diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) yerləşdirilib. 35 yaşlı şəxsin kim tərəfindən döyüldüyü hələlik məlum deyil.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə