Şəmkir rayonunda 9 yaşlı uşağı maşın vurub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə əsasən qəza nəticəsində uşaq ağır xəsarət alıb. Yaralı uşağı Gəncədəki xəstəxanalardan birinə hadisəni törədən sürücü gətirib. Yaralının bu gecə Bakıya aparılacağı deyilir. Artıq faktla bağlı cinayət işi açılıb.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə