Dünən Ağdamda ikiotaqlı ev yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Nazim Əliyevə məxsus ümumi sahəsi 63 kv2 yaşayış evi tamamilə yanıb.

Yanğın yerinə cəlb olunan yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıb. Hadisə yerində yanğının başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə