“Gazelli”dəki yanğında tüstüdən boğulan 10 nəfərə yardım göstərilib" RƏSMİ

"Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğınla əlaqədar 10 nəfərə hadisə yerində yardım göstərilib. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tüstüdən boğulan 10 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib: "Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Həmin şəxslərin 1-i qadın, 9-u kişi olub".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə