Salyanda toyda kütləvi dava baş verib. Nəticədə 3 nəfər xəsarət alıb. Hadisə rayonun Kürsəngi kəndində baş verib. Kənddə keçirilən toy zamanı kütləvi dava olub. Nəticədə 3 nəfər-kənd sakinləri, 24 yaşlı Asif İmanov, onun qardaşı - 32 yaşlı Rəşad İmanov və əmiləri - 47 yaşlı Akif İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan mərkəzi rayon xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra Akif İmanov ambulator müalicəyə buraxılıb. Hər iki qardaş isə travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə