Şəmkirdə baş verən qəzada xəsarət alanların adları bilindi

Şəmkirdə “VAZ 21-06” markalı avtomobilin maneyə çırpılması nəticəsində xəsarət alanarın şəxsiyyətləri məlum olub. Rayon Mərkəzi Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata əsasən, qəzada xəsarət alanlar Zəyəm sakini 69 yaşlı Əli Həsənov və 73 yaşlı Əli Kamranlıdır.

Qeyd edək ki, hadisə Sabirkənd kəndində qeydə alınıb. Qəzanın yüksək surət səbəbindən baş verdiyi ehtimal edilir.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə