Qaradağ rayonunda 52 yaşlı kişi özünü öldürüb. SİA-nın məlumatına görə, hadisə sentyabrın 17-də gecə saat 23 radələrində rayonun Qobustan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Eyvazov Ədalət Əli oğlu özünü yaşadığı evdə iplə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə