Qubada yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Qacar Zeyid kəndində ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, evin yaxınlığında yığılmış 1 ton ot bağlamasının 0,5 tonu və həyətyanı sahədə 100 kv.m quru ot yanıb.

Evin və ot bağlamasını qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə