Tovuz rayonunda toydan sərxoş çıxan şəxs xəsarət alıb. SİA-nın məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Tural Elşad oğlu kənd ərazisində keçirilən toy mərasimində içki qəbul edib. Toydan çıxan zaman o, içkili olduğu üçün müvazinətini itirib yıxılıb. Hadisə nəticəsində T.Məmmədovun ayağı sınıb.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə