Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 88 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə