Sumqayıtda yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 66 m2 olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və dəhlizin döşəməsi 0.5 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə