Xaçmazda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Xaçmaz rayonu, Nərəcan kəndində ümumi sahəsi 170 m2 olan ikimərtəbəli 8 otaq və 1 aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 77 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə