Üç gün araq içmədi, şok keçirtdi

Uzun illər içki aludəçisi olan Gəncə sakini içkini atdı və 3 gün sonra şoka düşdü. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Fətəlixan Xoyski küçəsində yaşayan Qurbanov Arzu Firidun oğlu ağır vəziyyətdə Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) gətirilib. 51 yaşlı Arzu Qurbanov hazırda reanimasiya şöbəsindədir.

Qeyd edək ki, həkimlər içki aludəçisi olan şəxsin vəziyyətini kritik qiymətləndirir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə