Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Hyundai Santafe” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Düyərli kənd sakinləri 2000-ci il təvəllüdlü Qəmbərov Bilal Araz oğlu, 2001-ci il Hüseynov Səbuhi Şahin oğlu, 2000-ci il təvəllüdlü Quliyev Elvin Natiq oğlu, 1998-ci il təvəllüdlü İsmayılov Əkbər Əbülfət oğlu. Yaralılardan Bilal Qəmbərovun vəziyyəti kafi, digər üç nəfərin vəziyyəti isə normal qiymətləndirilir. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə