Astarada 32 yaşlı kişi bıçaqla öldürülüb

Astarada 32 yaşlı kişi qətlə yetirilib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1985-ci il təvəllüdlü Ağarəhim Abdulrəhim oğlu Kərimov həmkəndlisi Əfqan adlı şəxs tərəfindən bıçaqlanıb. Dərhal yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən A.Kərimov həkimlərin səyinə baxmayaraq keçinib. Hadisəni törədən şəxsin saxlanıldığı deyilir. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə