Bakıda karton sexində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 220 kv.m olan karton istehsalı sexinin içərisində 1 ədəd dəzgah və 30 kv.m sahədə karton tullantıları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə