Tovuzda 17 yaşlı iki yeniyetmə döyülüb

Tovuzda iki nəfər döyülüb. SİA-nın məlumatına görə, hadisə sentyabrın 14-də gecə saat 02:00 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakinləri, 2000-ci il təvəllüdlü Hüseynov Rəşad Elşən oğlu və 2000-ci il təvəllüdlü Rzayev Elşad Vaqif oğlu naməlum şəxslər tərəfindən döyülüblər. Hər iki yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan məlumat verilib ki, hazırda yaralıların vəziyyəti sabit-ağırdır. Hadisə nəticəsində R.Hüseynovun bədənində çoxsaylı əzilmiş yara və bilək nahiyəsində kəsik aşkarlanıb. Digər yaralı E.Rzayev isə baş nahiyəsindən xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

loading...