Şəmkirdə sürücü piyadanı vurub qaçıb

Şəmkirdə piyadanı vuran sürücü hadisə yerindən qaçıb. SIA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Könülü kəndi ərazisində baş verib. İlkin məlumatlara əsasən yaralı Məmmədov Mübariz Məmmədoğludur. Vəziyyəti ağır olan piyada Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Polis piyadanın və hadisəni törədən şəxsin kimliyini araşdırır. Artıq faktla bağlı cinayət işi açılıb

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə