Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalanıb

Sumqayıt sakinini döyən silahlı şəxslər yaxalanıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb və tapança ilə hədələyiblər.

Sumqayıt şəhər Pİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Anar Tağızadə və Qabil Əliyev tutulublar.

A.Tağızadədən 1 ədəd idman və 1 ədəd pnevmatik tapança götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə