Misirdə marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, qəza Beni-Suef əyalətində qeydə alınıb.

Son məlumata görə, marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində 15 yerli sakin yaralanıb.

Hazırda hadisə yerində təcili tibbi yardım çalışır.

Qəzanın baş vermə səbəbləri məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə