Xətai rayonunda yaşayış binası yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 m2 olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə, ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 m2 sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə və ümumi sahəsi 70 m2 olan digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB