Gəncədə yaşlı kişini maşın vurub

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, təxminən saat 21-15 radələrində şəhərin H.Əliyev prosspektində hərəkət edən 55-60 yaşlı şəxsi avtomobil vurub. Xəstəxanaya gətirilən şəxsin vəziyyətin ağır olduğu deyilir. Yaralı özəl xəstəxanalardan birinə aparılacaq. Piyadanın sənədləri üzərində olmadığından hələlik şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Piyadanı avtomobilin sürücüsü xəstəxanaya çatdırıb. Hazırda faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. İlkin məlmatara görə, qəza yüksək surət səbəbindən baş verib.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə