Zaqatalada “VAZ” markalı minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Pərçivan kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 13:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə