Rusiyada azərbaycanlı idmançı güllələnib

Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb.

SİA-nın verdiyi məlumata görə, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Canıyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib.

O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.

Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəisi İqor Mitroxinin bildirdiyinə görə, hadisəni törətməkdə 26 yaşlı azərbaycanlı Eldəniz Bağırov şübhəli bilinir.

Faktla bağlı “qəsdlə adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb.

Cinayətdə şübhəli bilinən şəxs axtarışa verilib.

Qətlin motivi hələlik məlum deyil.

Digər layihələrimiz


Tərəfdaşlarımız