Külli miqdarda dərman vasitəsinin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Volkswagen Passat" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində 14 həb olmaqla 50 konvalyut üzərində "Nebilet" yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə