FHN Neftçilər prospektindəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Neftçilər prospektində geyim mağazasında baş verən yanğınla bağlı məlumat yayıb. Bu barədə SİA-nın FHN-dən məlumat verilib.

Məlumatda deyilir ki, Səbail rayonunda ümumi sahəsi 150 kvadratmetr olan mağazanın geyinib soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 kvadratmetr sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə