Qohumunun qızıllarını oğurlayıb polisə yalan məlumat verən şəxs yaxalanıb

Bakıda polisə yalan məlumat verən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi RPİ 5-ci PB-yə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20.000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.

Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb qızıl mağazasına sataraq 31305 manat pul əldə etməsi və törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə B.Mövludov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə