İmişli sakini özünü asaraq intihar edib

İmişli sakini özünü asaraq intihar edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini, 1982-ci il təvəllüdlü Fərəcov Sərdarın meyiti yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə aşkar edilib. Məlumata əsasən, iki uşaq atası olan S.Fərəcov Qaz təchizatı idarəsində nəzarətçi işləyib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə