Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan kafenin mətbəxində mətbəx əşyaları 4 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə