Şirvanda toy şənliyində qeyri adi hadisə

Ötən gün Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayında qeyri-adi bədbəxt hadisə baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şadlıq sarayında toyu olan bəy - 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunu əqrəb sancıb.

Bəy təcili Şirvan şəhər xəstəxanasın çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyindən sonra yeni ailə quran bəy - Elçin Dadaşovun həyatını xilas etmək mümkün olub.

İqbal Mikayılov.

Bütün xəbərlər Facebook səhifəmizdə