Qazaxda ağır yol qəzası ölən və yaralanan var

Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyulun 25-də saat 23 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində rayon sakinləri Elvin İsmayılovun idarə etdiyi “Opel” və Samir Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəzada S.Qasımov hadisə yerində ölüb, E.İsmayılov xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə