Sabirabadda yol-nәqliyyat hadisәsi baş verib

Sabirabad rayonunda yol-nәqliyyat hadisәsi baş verib. APA -nın Mil-Muğan bürosunun verdiyi mәlumata görә, hadisә rayonun Şıxsalahlı kәndindә qeydә alınıb. "Mercedes " markalı avtomaşın velosipedlə hərəkət edən Hacıqabul rayon sakini, 2005 -ci il tәvәllüdlü Mehdiyev Elməddin Mətləb oğlunu vurub. O, Şirvan şәhәr xәstәxanasına yerlәşdirilib, vәziyyәti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə