Maşından 3000 ədəd siqaret tapıldı

Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində sağ və sol yan örtüklərin altında və qabaq sağ qanadın altında gizlədilən 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə