Rusiyada dəhşətli yol qəzası: 4 uşaq ölüb

Rusiyanın Kursk vilayətində ağır yol qəzası baş verib. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə vilayətin Şetinka kəndi ərazisində qeydə alınıb. “Peugeot” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə