İsmayıllı rayonunda 4 otaqlı ev yanıb. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, rayonun İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə