Sumqayıtda kanalizasiya quyusuna düşən şəxs və FHN əməkdaşı ölüb

İyulun 18-də saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb. Lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan biri həlak olub, üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə