Xızıda yol qəzası 1 nəfər ölüb

Xızı rayonunun Baxışlı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. İyulun 16-da saat 12 radələrində Xızı rayonunun Baxışlı kəndi ərazisində Bakı şəhər sakinləri Faiq Cəfərovun idarə etdiyi "Hyundai" və Vasuf Qarayevin idarə etdiyi "Range Rover" markalı avtomobillər toqquşub. Nəticədə F.Cəfərovun sərnişinləri - anası Elmira və qardaşı Niyaz xəstəxanaya yerləşdirilib, Niyaz orada ölüb.

Xızı RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə