Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib Ölənlər var

Şəmkir şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 16-da saat 22 radələrində Şəmkir şəhəri ərazisində Şiştəpə kənd sakini Bəhlul Nağıyevin idarə etdiyi "VAZ-2107" və Gəncə şəhər sakini Şahrux İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə B.Nağıyev və sərnişinlərindən həmkəndlisi Arifə Rüstəmova hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə