DİN qəza ilə bağlı məlumat yaydı

Daxil İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 27-də saat 15 radələrində Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində Tovuz rayon sakini Orxan Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü və sərnişinlərindən həmyerlisi Elgün Abbasov hadisə yerində ölüblər, digər bir sərnişin isə xəstəxanaya yerləşdirilib. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə