Salyanda "Vaz" və "Shacman" toqquşub

Salyan rayonu ərazisində "Vaz" markalı minik avtomobili "Shacman" markalı yük avtomobiliylə toqquşub.

SIA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal Nazirliyin Muğan Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 03:12-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə