Ağır qəza yenə can aldı: 2 ölü, 6 yaralı var

Minik avtomobilinin aşması sürücünün ölümü ilə nəticələnib. Ağır qəza Cəlilabadın Günəşli kəndində baş verib. Kənd sakini Taleh Mikayılov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Ağdaşın Pirəzə kəndində isə minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.
Rayonun Qaraoğlan kənd sakini, 18 yaşlı Turan Məmmədovun idarə etdiyi minik avtomobili qarşıdan gələn, Qəbələnin Vəndam qəsəbə sakini, 39 yaşlı Elşən Rəşidovun minik maşını ilə toqquşub. Turan Məmmədov hadisə yerində ölüb. Digər sürücü və 5 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə